XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

02 September 2016 - 19:13

İslam Kərimovun gizli varisi:ilk nikahdan olan oğlu (FOTO)

islam-kerimov-

Ölüm xəbəri gəlmiş Özbəkistan prezidentinin qızları Gülnarə və Lola Kərimovalar, habelə sabiq prezidentin xanımı Tatyananın adları zaman-zaman medianın gündəminə gəlirdi. Amma indi onun daha bir ailəsi ortaya çıxıb.

Strateq.az xəbər verir ki, “Belarusskiy partizan” nəşri İslam Kərimovun ilk nikahdan olan oğlunu tapıb:

pyotr-islam-kerimovun-ogulu

Pyotr  Kərimov

"Pyotr İslamoviç Kərimov ad-soyadı daşıyan şəxsin ilk adı Rüstəm olub. Yalnız boşanmadan sonra anası Natalya təkid edərək oğlunun adını Pyotr kimi rəsmiləşdirib. Boşanmanın səbəbi məlum deyil. Həm də İ.Kərimovun Belorusdakı ailəsi uzun müddət sirr qalıb. Sonralar anası ilə birgə Moskvaətrafı ərazidə yaşayan Pyotr uzun illər atası ilə əlaqə saxlamayıb. Lakin daha sonralar İslam Kərimov ilk nikahdan olan oğlunu “Asiya-İnvest Bank”a sədr müavini təyin etdirib".

Məlumata görə, İ.Kərimovin ilk xanımı Daşkəndə köçüb və 2008-ci ildə vəfat edib. Pyotr Kərimovun isə hələ də Özbəkistanda olduğu iddia olunur. Onun hətta hansısa dövlət strukturunda işlədiyi deyilir.

“Kim bilir bəlkə də o, İ.Kərimovun siyasi varisi olacaq”, – deyə, “Belarusskiy partizan” qeyd edir.

M.Rzasoy