Türkiyənin Van vilayətinin Çaldıran rayonunda PKK-çılarla Türkiyənin güvənlik gücləri arasında dünəndən bəri atışma davam edir.
Strateq.az Türkiyə mediasına istinadən xəbər verir ki, "Tendürek" dağı ətəyində güvənlik gücləri ilə baş verən atışma zamanı dünən 4 güvənlik əməkdaşı şəhid olub, bu gün isə Türkiyə daha 3 şəhid verib: "Hazırda bölgəyə əlavə qüvvələr və zirehli texnika yeridilib, əməliyyat genişləndirilib".