XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

05 Sentyabr 2016 - 15:28

Sisinin cangüdəni Kerrini necə əsəbləşdirdi? –Qalmaqal (VİDEO)

kerri-99

ABŞ-ın dövlət katibi Con Kerri xarici səfərlərində və apardığı danışıqlarda bəlkə indiyədək belə insidentlə üzləşməyib.

Al Arabiya bildirir ki, Misir prezidenti Əbdel Fəttah əs Sisi ilə görüşə yollanan C.Kerri danışıqların aparıldığı zalın qarşısında qəflətən Misirin dövlət başçısının cangüdəni tərəfindən saxlanılıb.

Mühafizəçi Kerridən soruşub: "Sizdə mobil telefon kamera ilədir, ya kamerasız?! Qapalı tədbirdə videoçəkiliş yasaqdır".

Qısa dialoqun videosu internetdə sürətlə yayılır.

Videoda görünür ki, Con Kerri çox hirslənib, mühafizəçi isə ona qıcıqlanıb.

Görüşdən sonra Con Kerri və Əbdel Fəttah əs Sisi Çinin Hançjou şəhərinə, "Böyük İyirmilik" ölkələrinin sammitinə yollanıblar.

Milli.az