XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 September 2016 - 21:04

Filippin prezidenti Obamanı küçə söyüşləriylə təhqir etdi:“Ey ... oğlu!”

duterte-obama

“Mənə hörmətlə yanaş, ey sürtüyün oğlu!”

Strateq.az xəbər verir ki, bu küçə sözünü dilə gətirən Filppin prezidenti Rodrigo Duterte olub. Onun söyüş ünvanladığı adam da heç küçə uşağı deyil. Bu ağır sözlər ABŞ prezidenti Barak Obamaya ünvanlanıb.

Bildrildiyinə görə, Cənub-Şərqi Asiya ölkəsi Laosda keçiriləcək Cənub-Şərqi Asiya Ölkələr Birliyi (ASEAN) sammitindən əvvəl Filippin rəhbərinin dilə gətirdiyi söyüşlər builki sammitin hərəkətli keçəcəyindən xəbər verir.

ABŞ, Hindistan, Çin, Yaponiya, İndoneziya və Malayziya kimi ölkələrin liderlərinin iştirakı ilə keçiriləcək sabahkı sammit üçün Laosa gedərkən, təyyarədə jurnalistlərin suallarına cavab verən Duterte ABŞ prezidenti Barak Obamanı "son of whore" sözləriylə təhqir edib. Duterteni qəzəbləndirən isə Obamanın onun haqqında dedikləridir.

Qeyd edək ki, iyun ayında prezidentlik postuna əyləşən Filippinin çiçəyi burnunda lideri Duterte hakimiyyətə gələndən bəri iki ay ərzində ölkədə 2 min 400 adam narkotika qaçaqçısı adıyla öldürülüb. Bu repressiya ABŞ hakimiyyəti tərəfindən ciddi tənqid olunub. Sammitdə də Dutertenin Obama tərəfindən məhşər ayağına çəkiləcəyi gözlənilirdi.

ABŞ prezidenti isə heç Laosu gözləmədən, ilk tənqidi fikirlərini Çinin Hangzhou şəhərində keçirilən G20 sammitində səsləndirib. O, rəsmi Vaşinqtonun narkotika ticarətinin mühüm problem olduğunun anladığını söyləsə də, qaçaqçılara qarşı mübarizədə Duterte hökumətinin yürütdüyü siyasətlə bağlı nigarançılığını dilə gətirərək, deyib: "Narkotika qaçaqçılığıyla mübarizənin necə aparılacağı məsələsi hamımız üçün ciddi problemdir. Bunu doğru şəkildə yürütmək lazımdır".

Duterte isə Obamanın fikirlərinə cavab verərək, Filippində narkotik qaçaqmalçılığının kökü tamamilə kəsilənə qədər, lazım gələrsə, ölkəni qan gölünə çevirəcəyini açıqlayıb: "Ölkədəki son narkotik istehsalçısı öldürülənə qədər bizim mübarizəmiz davam edəcək. Onların kökü kəsilənə qədər çox adam öləcək".

Jurnalistlərin Obamanın sözlərini xatırlatması isə Duterteni tamamilə hövsələdən çlxarıb. Əsəblərini cilovlaya bilməyən prezident Obamanı təhqir edib: "Kiminsə mənim haqqımda nə cür fikir bildirməsi vecimə deyil. Mənə hörmətlə yanaş, ey sürtüyün oğlu! Bu sammitdə səni lənətləyəcəyəm".

Heydər

Strateq.az