XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 July 2015 - 07:24

Diplomatik qəbahət-BMT Baş katibi Türkiyəni terrorçularla diolaqa çağırdı

BMT Baş katibi Ban Ki-mun terror hücumları və Türkiyənin PKK-ya təşkil etdiyi əməliyyatlara bağlı mövqeyini açıqlayıb.

Strateq.az xəbər verir ki, Baş katibin sözcüsü vasitəsilə yayılan açıqlamada Türkiyə ilə “PKK ünsürləri arasında artan gərginlik” səbəbiylə narahatlıq ifadə olunub.

Problemin “sülh yolu ilə həlli üçün bir an öncə konstruktiv dialoqa” dönülməsini ümid etdiyini bildirən Ban tərəflərə “keçmişin çox acı və kədərli günlərinə” qayıtmaqdan qaçmağı tövsiyə edib.

BMT Baş katibinin bir dövləti terror təşkilatı ilə danışıqlara çağırması özü-özlüyündə mübahisələrə açıq məsələdir. Dünyada mövcud olan ənənəyə görə, terrorizmi gücləndirməmək məqsədiylə terrorçularla danışıqlar aparmamaq, onların tələblərini yerinə yetirməmək tələb olunur. PKK isə bir sıra ölkələr, o cümlədən ABŞ tərəfindən terror təşkilatı kimi tanınır.

Heydər