XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

08 Sentyabr 2016 - 12:32

Çovdarov hakimiyyəti şantaja başladı:“Danışsam, Azərbaycanda rüsvayedici vəziyyət yaranar”

covdarov-2

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov ona qarşı irəli sürülən ittihamlarla razı deyil.

Bu barədə onun vəkili Sadiq Rəsulov musavat.com-a məlumat verib.

Vəkilin sözlərinə görə, A.Çovdarov bildirib ki, dövlətin pulunu mənimsəməyib.

Həbsdə olan Akif Çovdarov agenturaya ayrılan vəsaiti mənimsəməsi ilə bağlı ittihamlar barədə vəkilinə bunları deyib: “Dövlətin bir qəpiyini belə mənimsəməmişəm. İttiham aktında göstərilən həmin pullar agenturaya sərf olunan məbləğlərdir. Mən o barədə açıqlama versəm, Azərbaycanda rüsvayedici vəziyyət yarana bilır. Hətta agentura şəbəkəsi ifşa olunar. Müәyyәn qüvvәlәr prokurorluğun әli ilә məni agentura şəbəkəsini ifşa etməyə məcbur edirlər. Həmin pullar 2013-2015-ci illər arasında agenturaya sərf olunub. Mənim dövlәtçiliyin maraqlarını qorumaq mәqsәdi ilә susmağımdan istifadə edərək, barəmdə əlavə ittiham irəli sürdülər. Bilirlər ki, xüsusi əhəmiyyətli sirri açan deyiləm. Mən ancaq bu sirri dövlət rəhbərliyinin razılığı ilə aça bilərəm. Buna isə razı olmazlar.  Bu zaman kəşfiyyat və əks-kəşfiyyat deşifrə olar. Mənə qarşı saxta ittihamlar irəli sürüldü. Qeyd etdiyim qüvvələr dövlətin çətinə düşməsinə bilәrәkdәn göz yumurlar. Bütün bu hərəkətlə mənə qarşı deyil, məndən istifadə etməklə birbaşa dövlətə qarşı hərəkətlər edirlər. Həmin pullar bir qəpiyinə qədər dövlət təhlükəsizliyinə xərclənib. Dövlət rəhbərliyinin göstərişi ilə ittihamda göstərilən məbləğlərin hər bir manatına qədər hesabat verə bilərəm".

Vəkil bildirib ki, Akif Çovdarov “Bakı Metropoliteni”nin sabiq rəhbəri, indiki YAP Yasamal rayon təşkilatının sədri olan Tağı Əhmədovdan hədə-qorxu yolu ilə 3 milyon manat alması barədə də danışıb.

A.Çovdarov bu haqda vəkilinə bunları söyləyib: "Mən istintaq dövründə Tağı Əhmədovla üzləşmək istədim. Lakin bizim vəsatətlərimiz təmin edilmədi. Tağı Əhmədovun kiçik oğlu bu yaxınlarda aeroport yolunda dayanacaqda maşını ilə adam vurub. O biri oğlunun da barəsində rayon polis idarələrində cinayət materialları var. Hesab edirəm ki, bunları ört-basdır etmək üçün Tağı Əhmədovu mənə qarşı istifadə edirlər”.

Vəkil onu da əlavə edib ki,  A.Çovdarovdan şikayət ərizəsi vermiş  bir neçə  şəxs dələduzluq maddəsi ilə həbs olunmuş şəxslərdir vә onların iddialarını ciddi qәbul etmәk olmaz.  Sadiq Rəsulov deyir ki, әrizәlәrin iş materiallarına necə daxil olunması çoxsaylı suallar yaradır.

Әrizәlәrin heç birindә tarix göstәrilmir, üzәrindә onların qәbul edilmәsi ilә bağlı dәrkənar yoxdur, dәftәrxana vasitәsilә qәbul edilmәsi haqda ştamp yoxdur. Zәrәәkmiş şəxslәrdən  bir neçəsi isə vəfat edib. Dünyasını dəyişən şəxslərin həyat yoldaşları isə zərərçəkmiş qismində göstərilib. Onlarla ölən şəxslərin ifadələri arasında isə ziddiyyətlər var” – deyə, vəkil qeyd edib.

Xatırladaq ki, istintaq materiallarına əsasən, A.Çovdarov T.Əhmədovdan 3 milyon manata yaxın pul alıb. İstintaq materiallarına əsasən, pulu A.Çovdarova T.Əhmədovun qardaşı oğlu Ə.Əhmədov çatdırıb.