XƏBƏR LENTİ

14 Avqust 2020
13 Avqust 2020

Digər Xəbərlər

10 Sentyabr 2016 - 00:59

“Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması” təsis olundu –Əliməmməd Nuriyev koordinator seçildi (FOTOlar)

qht-1

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası "Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq, dövlət qurumları və QHT təmsilçilərinin iştirakı ilə Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının təsis yığıncağını keçirib.

Strateq.az qhtxeber.az-a istinadən bildirir ki, hökumət, Vətəndaş Cəmiyyəti İnstitutlarının, beynəlxalq təşkilatların nümayəndələrinin qatıldığı tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev deyib ki, Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Platformasının yaradılması təşəbbüsü cəmiyyət üçün vacib əhəmiyyət kəsb edir. 

Qeyd edilib ki, Azərbaycan Respublikası Prezidentinin 27 aprel 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda 4-cü müddə Vətəndaş Cəmiyyəti İnstitutlarına həsr olunub və Dialoq Platformasının yaradılması xüsusi olaraq tövsiyə edilib. Bunu əsas götürən Şura qeyd edilən təşəbbüslə çıxış edib: “İndiyə qədər bu istiqamətdə müxtəlif təşəbbüslər irəli sürülüb və uğurla icra olunub. Bununla yanaşı dövlətimizin inkişafının yeni mərhələsini və qarşıda duran çağırışları və vəzifələri nəzərə alaraq bu formatda dialoq platformasının yaradılması zəruri idi. Əminəm ki, dövlətimiz tərəfindən yaradılmış dilaoq mühiti QHT-hökumət əməkdaşlığını fərqli keyfiyyət mərhələsinə çıxaracaqdır. Hökumət- vətəndaş institutları arasında əməkdaşlıq və dialoq hər zaman cəmiyyət üçün faydalıdır və bir çox məsələni dialoq yolu ilə həll etmək olar”.

Azay Quliyev xüsusilə vurğulayıb ki, QHT-lər bu mexanizmdən istifadə edərək onları narahat edən istənilən məsələni Platformada iştirak edən dövlət qurumları birgə müzakirə edərək onların həllinə nail ola bilərlər: "Bu platformanın yaradılmasında dövlətin siyasi iradəsi ortadadır, belə mötəbər və geniş tərkibdə dialoqun qurulması məhz bunun əyani göstəricisidir".

Azay Quliyev onu da qeyd edib ki, Platforma çərçivəsində tərəflər İctimai iştirakçılıq üzrə Azərbaycan hökuməti və Milli Məclislə əməkdaşlıq etmək, bu məsələlərlə bağlı hökumətin apardığı islahatlar üzrə tövsiyələr vermək, "Açıq Hökumət” Tərəfdaşlığı Təşəbbüsü çərçivəsində Azərbaycan hökumətinin hazırladığı Fəaliyyət Planının həyata keçirilməsinin monitorinqini aparmaq, "Açıq Hökumət” Tərəfdaşlığı Təşəbbüsündə Azərbaycanın vətəndaş cəmiyyətini təmsil etmək, təşəbbüsdə maraqlı olan dövlət orqanları, yerli vətəndaş cəmiyyəti institutları və beynəlxalq təşkilatlarla, özəl sektor təmsilçiləri ilə əməkdaşlıq və məsləhətləşmələr aparmaq və elektron hökuməti təşviq etmək istiqamətlərində fəaliyyət göstərəcək. Platformaya üzvlük bu təşəbbüsü dəstəkləyən hər bir vətəndaş cəmiyyəti, parlament və hökumət təmsilçiləri üçün açıq olacaq.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli hüquqi islahatların, Konstitusiya islahatlarının aparıldığı dövrdə və yeni iqtisadi şəraitdə bu cür platformanın, dialoqun mühüm əhəmiyyət kəsb etdiyini söyləyib. Qeyd edib ki, bu gün yüksək etimad və inam mühiti mövcuddur: "Hökumət və vətəndaş cəmiyyəti arasında dialoq Milli Fəaliyyət Planında da əksini tapıb. Bu, islahatlarla bağlı əməkdaşlığı da özündə ehtiva edir. Bu gün tədbirdə iştirak edən nazirliklər və dövlət qurumlarının nümayəndələri rəhbərlərinin tapşırığı ilə burada iştirak edirlər. Məqsəd yeni əməkdaşlıq formatının qurulmasıdır. Bu baxımdan bu gün imzalayacağımız Memorandumla bu sahədə biz də üzərimizə məsuliyyət götürəcəyik”.

Azərbaycan Respublikası Milli Məclisinin üzvü, Açıq Hökumət Tərəfdaşlığı Beynəlxalq Təşkilatının Azərbaycan üzrə Milli koordinatoru Vüsal Hüseynov Azərbaycanın Açıq Hökumət Tərəfdaşlığına 2011-ci ildə qoşulduğunu və bu təşəbbüsün uğurla həyata keçirildiyini bildirib. O, Platformanın yaradılmasının əhəmiyyətli olduğunu deyib.

Sonra Vətəndaş Cəmiyyəti İnstitutlarının nümayəndələrinin – QHT rəhbərlərinin iştirakı ilə Açıq Hökumətin Təşviqinə Dair Hökumət -Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının yaradılması barədə Memorandumun müzakirəsi başlayıb. 

Konstitusiya Araşdırmalar Fondunun sədri Əliməmməd Nuriyev, Şəffaflıq Azərbaycan İctimai Birliyinuin sədri Rəna Səfərəliyeva, D. Əliyeva adına Azərbaycan Qadınlarının Hüququnun Müdafiə Cəmiyyətinin sədri Novella Cəfərova, İqtisadi və Sosial İnkişaf Mərkəzi İctimai Birliyinin sədri Vüqar Bayramov, Neftçilərin Hüquqlarını Müdafiəsi ictimai Birliyinin sədri Mirvari Qəhrəmanlı, Mülki Cəmiyyətə Doğru İctimai Birliyinin sədri Abil Bayramov, Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev, İslahatçı gənclər İctimai Birliyinin sədri Farid Şahbazlı, Hüquqi Düşüncə İctimai Birliyinin sədri Samir İsayev, Jurnalist Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlu, “Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyinin sədri İsrail İsgəndərov, Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı İctimai Birliyinin sədri Əhməd Abbasbeyli, İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi İctimai Birliyinin sədri Səidə (Saida) Qocamanlı Platformanın zəruriliyindən danışıb, bəzi məsələrlə bağlı rəy və təkliflərini səsləndiriblər. 

QHT təmsilçilərinin səsləndirdikləri fikirlər və Dialoq Platformasının əhəmiyyəti haqda dövlət qurumlarının nümayəndələrindən Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının katibi Kamal Cəfərov, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN) Aparat rəhbəri Azad Cəfərli, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiya qarşı mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin rəisi Orxan İsayev, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti idarəsinin rəisi Rahim Rəhimov, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar Baş idarəsinin Vergi siyasəti idarəsinin rəisi Nicat İmanov, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyinin icraçı direktoru Fərasət Qurbanov, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Sahib Məmmədov çıxış edərək sualları cavablandırıb, gələcək əməkdaşlıq barədə təklif və tövsiyyələrini bölüşüblər.

Müzakirələrdən sonra tədbir iştirakçıları 9 hökumət, 31 Vətəndaş Cəmiyəti təmsilçisi olmaqla Açıq Hökumətin Təşviqinə dair “Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması“nın yaradılması barədə Memorandumu imzalayıblar.

Sonda açıq səsvermə yolu ilə Konstitusiya Araşdırmalar Fondunun sədri Əliməmməd Nuriyev Platformanın koordinatoru seçilib.

Tədbirdə BMT-nin Azərbaycandakı Rezident-Əlaqələndiricisi Qulam İsakzai və Avropa ittifaqının ölkə nümayəndəliyinin rəsmisi Aleksandra Nerisanu müşahidəçi qismində iştirak ediblər.

***

Strateq.az aşağıda Memorandumu və onu imzalayan təşkilatların siyahısını təqdim edir:

 

Açıq Hökumətin Təşviqinə Dair

Hökumət – Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının yaradılması barədə

MEMORANDUM

 

Şəffaflığın artırılması və açıq hökumətin təşviqi ilə bağlı fəaliyyətin təkmilləşdirilməsi, bu sahədə beynəlxalq təcrübənin mübadiləsi və beynəlxalq səylərə öz töhfəsini verə bilmək üçün Azərbaycan 2011-ci ildə Açıq Hökumət Tərəfdaşlığına qoşulmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 iyul tarixli 2292 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya” çərçivəsində həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsi, bu sahədə normativ hüquqi bazanın və institusional mexanizmlərin təkmilləşdirilməsi, dövlət və yerli özünüidarə orqanlarının fəaliyyətinin açıq hökumət prinsiplərinə uyğunlaşdırılması, qərarların qəbulu prosesində ictimaiyyətin iştirakının genişləndirilməsi və şəffaflığın artırılması, bu sahədə beynəlxalq öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə  5 sentyabr 2012-ci il tarixdə “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı” təsdiq edilmişdir.

Açıq hökumət prinsiplərinin tətbiqinin genişləndirilməsi, korrupsiyanın qarşısının alınması üzrə yeni mexanizmlərin tətbiqi, vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinin və ictimai nəzarətin gücləndirilməsi istiqamətində tədbirlərin davam etdirilməsi, genişləndirilməsi  məqsədilə Azərbaycan Respublikası Prezidentinin 27 aprel 2016-cı il tarixli Sərəncamı ilə növbəti, “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı” qəbul edilmişdir.

Biz, aşağıda imza edən vətəndaş cəmiyyətinin təmsilçiləri, hökumət nümayəndələri və Milli Məclis üzvləri “Açıq Hökumət Tərəfdaşlığı” Təşəbbüsünün  Azərbaycanda tətbiqinin genişləndirilməsinin dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, hesabatlılığın təkmilləşdirilməsi, ictimai iştirakçılığın, korrupsiyaya qarşı mübarizədə sosial innovasiyaların tətbiqinin verdiyi töhfəni nəzərə alaraq;

Hökumət-vətəndaş cəmiyyəti dialoqunun “Açıq Hökumət Tərəfdaşlığı” Təşəbbüsünün Azərbaycanda uğurla tətbiqinə əhəmiyyətli dəstək verəcəyinin  zəruriliyini vurğulayaraq;

“Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq:

  • Açıq Hökumət Tərəfdaşlığı Təşəbbüsünün Azərbaycanda tətbiqinin inkişafına dəstək verilməsi,
  •  Dövlət orqanlarının fəaliyyətində şəffaflığın və açıq hökumət prinsiplərinin tətbiqinin daha da genişləndirilməsi,
  • Bu təşəbbüsün Azərbaycanda tətbiqinə ictimai nəzarətin təmin edilməsi
  • Açıq hökumət prinsiplərinin tətbiqinin genişləndirilməsində dövlət orqanları və vətəndaş cəmiyyəti institutlarının səylərinin və fəaliyyətlərinin əlaqələndirilməsi məqsədilə Açıq Hökumətin Təşviqinə Dair Hökumət–Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının (Platforma) yaradıldığını bəyan edirik.

Platforma fəaliyyətində  şəffaflıq, qərəzsizlik, peşəkarlıq   və   əməkdaşlığa   açıqlıq   prinsiplərini əsas tutur.

Platforma aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir:

  • İnformasiya əldə etmək, fiskal şəffaflıq, ictimai iştirakçılıq üzrə Azərbaycan hökuməti və Milli Məclislə əməkdaşlıq etmək və bu məsələlərlə bağlı hökumətin apardığı islahatlar üzrə tövsiyələr vermək;
  • “Açıq Hökumət” Tərəfdaşlığı Təşəbbüsü çərçivəsində Azərbaycan hökumətinin hazırladığı Fəaliyyət Planının həyata keçirilməsinin monitorinqini aparmaq;
  • “Açıq Hökumət” Tərəfdaşlığı Təşəbbüsündə Azərbaycanın vətəndaş cəmiyyətini təmsil etmək;
  • Təşəbbüsdə maraqlı olan dövlət orqanları, yerli vətəndaş cəmiyyəti institutları və beynəlxalq təşkilatlarla, özəl sektor təmsilçiləri ilə əməkdaşlıq və məsləhətləşmələr aparmaq.
  • Elektron hökuməti təşviq etmək.

Platformanın funksiyaları və fəaliyyətinin digər məsələləri Platformanın Reqlamenti ilə tənzimlənir və onun fəaliyyəti Platformanın Koordinatoru tərəfindən əlaqələndirilir.

Platformaya üzvlük bu təşəbbüsü dəstəkləyən hər bir vətəndaş cəmiyyəti, parlament və hökumət təmsilçisi üçün açıqdır və bütün üzvlər bərabər hüquqlara, vəzifələrə malikdirlər.

Biz yuxarıda göstərilən məqsədlərdən çıxış edərək Açıq Hökumətin Təşviqi üzrə hökumətlə vətəndaş cəmiyyəti arasında sıx əməkdaşlığın zəruriliyini və bu prosesdə ictimai iştirakçılığın əhəmiyyətini nəzərə alaraq bu Memorandumu imzaladıq.

 

Dövlət orqanları:

  1.  

Əli Hüseynli

Azərbaycan Respublikası Milli Məclisinin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri

 

  1.  

Vüsal Hüseynov

Azərbaycan Respublikası Milli Məclisinin üzvü, Açıq Hökumət Tərəfdaşlığı Beynəlxalq Təşkilatının Azərbaycan üzrə Milli koordinatoru

 

  1.  

Kamal Cəfərov

Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının katibi

 

  1.  

Azad Cəfərli

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət  Agentliyinin (ASAN) Aparat rəhbəri

 

  1.  

Orxan İsayev

Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiya qarşı mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin rəisi

 

  1.  

Rahim Rəhimov

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti idarəsinin rəisi

 

  1.  

Nicat İmanov

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar Baş idarəsinin Vergi siyasəti idarəsinin rəisi

 

  1.  

Zakir Hacıyev

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Sosial sahələrin maliyyəsi şöbəsinin müdir müavini

 

  1.  

Fərasət Qurbanov

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyinin icraçı direktoru

 

  1.  

Sahib Məmmədov

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü

 

 

QHT təmsilçiləri:

 

 

  1.  

Əliməmməd Nuriyev

Konstitusiya Araşdırmalar Fondu

 

  1.  

Sabit Bağırov

Sahibkarlıq və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu

 

  1.  

Rəna Səfərəliyeva

Şəffaflıq Azərbaycan İctimai Birliyi

 

  1.  

Vasif Mövsümov

Korrupsiyaya Qarşı Mübarizə Fondu

 

  1.  

Hafiz Həsənov

Hüquq və İnkişaf Mərkəzi İctimai Birliyi

 

  1.  

Mirəli Hüseynov

Demokratiyanı Öyrənmə İctimai Birliyi

 

  1.  

Mirvari Qəhrəmanlı

Neftçilərin Hüquqlarını Müdafiəsi ictimai Birliyi

 

  1.  

Abil Bayramov

Mülki Cəmiyyətə Doğru İctimai Birliyi

 

  1.  

Qadir İbrahimli

Güzəran Sosial Araşdırmalar İctimai Birliyi

 

  1.  

Ceyhun Musaoğlu

“Jurnalist Ekspert Mərkəzi” İctimai Birliyi

 

  1.  

İlham Səfərov

“İnternyus Azərbaycan” İctimai Birliyi

 

  1.  

Nailə Həşimova

Avrasiya Əməkdaşlıq Fondu

 

  1.  

Xanoğlan Əhmədov

Media və Mülki Cəmiyyətə Doğru

 

  1.  

Ruhəngiz Hüseynova

Qadınlar Arasında Həmrəylik İctimai Birliyi

 

  1.  

İsrail İsgəndərov

“Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi

 

  1.  

Əhməd Abbasbəyli

Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı İctimai Birliyi

 

  1.  

Xalid Kazımov

Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyi

 

  1.  

Elxan Şükürlü

İnformasiya, Təhlil və Planlaşdırma İctimai Birliyi

 

  1.  

Novella Cəfərova   

D.Əliyeva adına Azərbaycan Qadınlarının Hüququnun Müdafiə Cəmiyyəti

 

  1.  

Səltənət Qocamanlı

İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi İctimai Birliyi

 

  1.  

Səadət Bənənyarlı

Beynəlxalq İnsan Haqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsi

 

  1.  

Vüqar Bayramov

İqtisadi və Sosial İnkişaf Mərkəzi İctimai Birliyi

 

  1.  

Əvəz Həsənov

Humanitar Tədqiqatlar İctimai Birliyi

 

  1.  

Rauf Zeyni

Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu

 

  1.  

Umud Mirzəyev

Beynəlxalq Avrasiya Mətbuat Fondu

 

  1.  

Şəhla İsmayıl

Rasional İnkişaf Uğrunda Qadınlar Cəmiyyəti

 

  1.  

Qorxmaz İbrahimli

Demokratik Seçki Mərkəzi

 

  1.  

Tamxil Hacıyev

Hərbi mövzuda ixtisaslaşmış jurnalistlər İctimai Birliyi

 

  1.  

Fərid Şahbazlı

İslahatçı gənclər İctimai Birliyi

 

  1.  

Rafik İsmayılov

Vətəndaş cəmiyyəti uğrunda İctimai Birliyi

 

  1.  

Samir İsayev

Hüquqi Düşüncə İctimai Birliyi

 

 

qht-2

qht-3

qht-6

qht-8

qht-9

qht-5

Bu məqalə Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Tolerantlıq” Sosial Araşdırmalar İB tərəfindən həyata keçirilən ""Açıq Hökumət”in təşviqinə vətəndaş dəstəyi” layihəsi çərçivəsində dərc olunur.