XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 September 2016 - 17:58

Roma Papası Azərbaycanda nə qədər qalacaq? –Vatikandan yeni xəbər var

Roma Papasi

Oktyabrın 2-də Roma Papası Fransisin Azərbaycana səfəri gözlənir.

«Turan» İnformasiya Agentliyi bu barədə Vatikanın mətbuat xidmətinə istinadən xəbər verir.

O, Bakıya Tbilisidən gəlməlidir. Roma Papasının Tbilisidə sentyabrın 30-da olacağı bildirilir. Proqrama görə, oktyabrın 2-də Papa Müqəddəs Məryəm Kilsəsində messa keçirəcək. Sonra pontifik Azərbaycan prezidenti, müsəlman, pravoslav və yəhudi icmalarının liderləri ilə görüşməlidir. 

Xatırladaq ki, bundan öncə Papa bildirmişdi ki, bu torpaqlarda qədim xristian köklərinin mövcudluğuna və dünyada sülh axtarışının təşviqinə görə həmin ölkələrə səfər dəvətini qəbul edib.

Papa Gürcüstanda iki sutkadan çox, Azərbaycanda isə bir sutkadan az qalmalıdır.

Onu da qeyd edək ki, Roma Papası Francis «erməni soyqırımı» iddialarını tanıyıb. O, Ermənistanda səfərdə olarkən bu ifadəni işlədib. Bu, Türkiyənin kəskin tənqidinə səbəb olmuşdu.