XƏBƏR LENTİ

28 May 2020
27 May 2020

Digər Xəbərlər

14 Sentyabr 2016 - 00:55

“Sərkisyanı əraziləri verməyə məcbur edirlər” –Erməni politoloqdan yeni açıqlamalar

papyan-ermeni-politoloq

Dağlıq Qarabağ probleminin həllində real irəliləyiş üçün ilk növbədə Ermənistanın işğal elədiyi ərazilərin bir qisminin ilkin mərhələdə azad etməli olmasının dərki düşmən ölkədə dərin təlaş və təşviş yaradıb.

Bu təlaş artıq təkcə Ermənistanın siyasi rəhbərliyi səviyyəsində deyil, ictimai və ekspert dairələrində də getdikcə daha qabarıq şəkildə özünü büruzə verməkdədir. 

Müşahidə olunan həm də budur ki, 4 günlük aprel savaşında işğalçının “məğlubedilməzlik” mifi darmadağın edilməklə yanaşı, əsgərimiz Ermənistanın daxili ictimai-siyasi durumunu da əməlli-başlı qarışdırıb və təcavüzkar ölkə hələ də özünə gələ, apreldən öncəki daxili ictima-siyasi sabitliyini heç cür bərpa edə bilmir. Ermənistanda aprel döyüşlərindən dərhal sonra əlüstü yüksək çinli hərbçi-generalların həbsi, uğurzus kadr dəyişiklikləri, İrəvanda polis binasının silahlı qrup tərəfindən tutulması olayı buna bariz sübutdur. 

Azərbaycanın aprel hərbi uğuru üstəlik, sülh danışıqlarında təzyiqlərin mümkün istiqamətini xeyli dərəcədə işğalçıya tərəf dəyişib ki, bu da düşməni əndişələndirən başqa bir reallıqdır. 

Strateq.az Musavat.com-a istinadən xəbər verir ki, elə Modus Vivendi” mərkəzinin rəhbəri Ara Papyanın İrəvandakı mətbuat konfransında Qarabağ danışıqlarının hazırkı mərhələsini şərh edərkən, işlədtdiyi ifadələr də belə düşünməyə əsas verir: 

“Bu prinsip 1994-cü ildən – Bişkək protokolundan sonra qüvvədə olub: nəyinsə qarşılığında ərazi. Əvvəlcə status qarşılığında ərazi güzəştindən danışılırdı, sonra isə sülh qarşılığında status söhbəti başladı. Son müzakirələrin gedişində isə bu prinsip ərazi əvəzinə aralıq status anlamı daşımağa başlayıb”. 

“Bu – yenilik deyil. Biz 1994-cü ildə nəyi əkmişdiksə, Madrid prinsipləri ilə nəyi inkişaf etdirmişdiksə, onu də  indi biçirik… Sülh naminə güzəştlər sülhə deyil, dəhşətli müharibəyə gətirəcək. Bizim seçimimiz pislə ən pis arasındadır. Pis – hazırkı vəziyyətdir. Ərazi güzəşti (erməni politoloq Azərbaycan ərazilərinin qaytarılmasını belə adlandırır-red.) sitiasiyanın pisləşməsinə gətirəcək. Çünki “DQR” (separatçı qurum – red.) asan hədəfə gələcək, onun yaşayaış məntəqələri atəş altına düşəcək” – Papyan iddia edib.

Lakin erməni ekspertin fikrincə, hazırda danışıqlar prosesi getdiyi üçün Ermənistanın alternativi qalmayıb.

 “Serj Sərkisyanı əraziləri verməyə məcbur edirlər. Ancaq 2008-ci ildə  hakimiyyətə gələrkən o, gözəl bilirdi ki, onu nə gözləyir” – sonda Ara Papyan vurğulayıb.