XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 September 2016 - 12:33

Rəsmi Moskva separatçı rejimlərin başçılarını niyə paytaxtına toplayır? –Politoloqdan açıqlama

kreml

"Sentyabrın sonlarında Moskvada dünyanın bütün separatçıları, o cümlədən “bizimkilər” də bir araya gələcəklər. Rusiya bolşevikləri əvvəl “bütün dünyanın proletarları birləşin” hayqırırdı, estafeti kommunistlərdən alan indiki burjua Moskvası isə “bütün dünyanın separatçıları birləşin” deyir. Demək, bolşeviklər indikilərdən daha ağıllı idi, çünki onların şüarı (kapitalistlərin xoşuna gəlməsə də) biləşdirici idi".

Strateq.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, indikilər isə separatçıları Moskvaya toplamaqla, Böyük Britaniyanın (Şimali İrlandiya və Şotlandiya), İspaniyanın (Kataloniya), Gürcüstannın (Abxaziya və Cənubi Osetiya) və Azərbaycanın (Dağlıq Qarabağ) ərazi bütövlüyünə meydan sulamaqla, ayırıcı siyasətə üstünlük verir:

"Moskvada separatçıların toplantısı Rusiyanın ənənəvi “parçala və hökm sür” siyasətinin tərkib hissəsidir, yeni heç nə icad etməyiblər. 1990-2000-ci illər arasında Çeçenistan da o biriləri kimi ayrılmaq istyədikdə heç bütün dünyanın separatçılarını toplamaq Moskvanın yadına düşmürdü. Çünki özünə də sərf etmirdi.

Deyəsən, xristianlığın məşhur “не желай дома ближнего твоего” kəlamını unudublar. Və ya elə rusların da yaxşı bir atalar sözü var: “не плюй в колодец, пригодится воды напиться”.