XƏBƏR LENTİ

14 Avqust 2020

Digər Xəbərlər

16 Sentyabr 2016 - 20:00

Prezidentlərin Bişkek görüşündə gərginlik:Putinlə Ukraynanın səfiri arasında mübahisə düşdü (VİDEO)

MDB Dövlət Başçıları Şurasının Bişkekdə keçirilən iclasında Rusiya prezidenti Vladimir Putinlə Ukraynadan olan səfir Nikolay Doroşenko arasında mübahisə yaranıb.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, mübahisəyə Ukraynanın Rusiya ilə bağlı təklifi səbəb olub.

Ukraynanın Qırğızıstandakı səfiri N.Doroşenko bildirib ki, Rusiya MDB Dövlət Başçıları Şurasında sədrlikdən məhrum edilməlidir. Buna səbəb Rusiyanın beynəlxalq hüquq normalarını pozaraq Krımı ilhaq etməsi və Ukraynanın şərqində separatçılara dəstək verməsidir.

Doroşenko deyib ki, əks halda Ukrayna iclasda qəbul olunan qərarları tanımayacaq. 

Putin səfirin fikirlərinə etiraz edərək Rusiyanın heç bir ərazini ilhaq etmədiyini, Krımla bağlı durumun qanunsuz hərəkətlərin və dövlət çevrilişinin nəticəsi olduğunu bildirib.  

Rusiya prezidenti ölkəsinin sədrlikdən məhrum edilməsi təklifinə də etiraz edib. O qeyd edib ki, Ukrayna MDB-nin əsasnaməsini ratifikasiya etmədiyi üçün hər hansı təklif irəli sürmək səlahiyyətinə malik deyil.