XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 September 2016 - 16:01

Bakıda Milli Şuranın növbəti mitinqi keçirildi –- FOTOLAR (Yenilənir)

mitinq-16-2-3

Saat 15.00. Milli Şuranın bu günə təyin olunan mitinqi  Bakının Yasamal rayonundakı “Məhsul” stadionunda (“İnşaatçılar” metrostansiyasının yanı) başlayıb. Mitinqin deyilən vaxtda və ünvanda keçirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyəti razılıq var verib. Bakı polisi aksiyanın təhlükəsizliyini təmin edir.

Milli Şuranın ikinci mintinqini AXCP Rəyasət Heyətinin üzvü İlham Hüseyn aparır. Mitinq dövlət himnini səsləndirilməsi ilə açıq elan edildikdən sonra İlham Hüseyn dedi: “…Düz altı gündən sonra yenidən bu meydanda toplaşdıq ki, “Talana yox!”, “Monarxiyaya yox!” deyək. Bizdən soruşurlar ki, niyə məhz “Məhsul” meydanında aksiya keçirirsiniz? Biz bu kiçik ərazidən vətən boyda əraziyə xtab edirik: Bütün vətəndaşlarımıza azadlıq tələb edirik! Bu "Məhsul" stadionu futbol meydançası ola bilər. Əsas odur ki, biz bura zülmün qapısına qol vurmağa yığışmışıq…”.

Sonra çıxış üçün sözü AXCP sədri Əli Kərimliyə verilib:

Ey təbiətin şıltaqlığına, bağlı yollara baxmayaraq bütün maneələri aşa bilən Azərbaycanın mərd oğulları, Sizə eşq olsun salamlayıram. 11 sentyabrda nümayiş etdirdiyiniz izdihamla bu hakimiyyəti necə qorxutmusunuzsa, tam 6 gündür ki, mitinqə qarşı olmazın üsullarından istifadə edib kampaniya aparırlar. Dünənə qədər deyirdilər ki, bu ölkədə müxalifət yoxdur. Amma bu gün qorxularından Bakıya gələn bütün yolları bağlayıblar”.

Ə.Kərimli bildirdi ki, mitinqin təşkilatçıları olan AXCP-nin 51 funksionerini həbs ediblər: “Biz bu həbslər barədə məlumat verib sizi narahat etmədik. Həbslər davam etdikcə, yollar bağlandıqca, yağış yağdıqca belə təkliflər gəlirdi ki, bəlkə mitinqi təxirə salaq. Azadlığı o millət haqq edir ki, həmin həbslərə gülə-gülə gedir. Əziz dostlar, biz yağışa, qara, soyuğa qalib gəlməyi öyrənməsək, necə bu zülmkarlara qalib gəlməyi öyrənəcəyik? Biz 88-ci ildə noyabr gecələrinin birində – çox ciddi şaxtalı bir gecə oldu – həmin zaman insanlar meydanı yavaş-yavaş tərk etməyə başladılar. O zaman biz gənclər qurşaqdan yuxarı soyunub “biz ölərik meydanı tərk etmərik” şüarını səsləndirdik. O zman meydanı tərk edənlər də geri döndü. Biz ilk növbədə bunlara qalib gəlməliyik”.

Daha sonra Ə.Kərimli olkədə keçiriliəcək Konstitusiya dəyişikliklərindən danışdı: "Biz bu Konstitusiya dəyişikliklərini millət olaraq özümüzə həqarət sayırıq. Hansı xalqa çıxıb demək olar ki, gəlin səsverməyə, sizin mülkiyyət hüququnuzu əlinizdən alacağıq, dəyişilikləri Konstitusiyaya daxil edin, sonra Sizin hökumət seçmək hüququnuz olmasın?! Hansı lider öz xalqına bunu rəva görər?! Ona görə biz bu dəyişikliklərə “yox” deyirik. Bundan sonra xalqın pullarını ofşorlara çıxarmağa imkan verilməyəcək. Bu ölkədə dəyişiklilər olmazsa olmazdır. Qətiyyən şübhəm yoxdur ki, başlamış bu proses qələbə ilə yekunlaşacaq. Çünki qanun, haqq bizim tərəfimizdədir. Qələbə də bu millətlə olacaq".

Sonra AXCP sədrinin həbsdə olan müavini Fuad Qəhrəmanlının həyat yoldaşı, yazar Zümrüd Yağmur çıxış edib:

“Fuad Qəhrəmanlı öz salamını Sizlərə yetirdi. Amma mən düşünmürəm təkcə Fuad Qəhrəmanlının adından danışmağa haqqım çatar. Mən buradan bütün siyasi məhbusların adından Sizə müraciət edirəm. Mən rejimin mahiyyətini ifşa edən 17 nəfər məhbusun adından danışa bilərəm. Biz özümüzü siyasi məhbusların yaxını sayırıq. Amma bizim durumumuz sizdən fərqlənmir. Bizə təsəlli o olar ki, bizim həbsdə olanların yerini doldurasız. Mən şadam ki, təbiətin şıltaqlığına baxmayaraq Siz burdasız…".

mitinq-16-2-4

Saat 16.05. Bu dəqiqələrdə söz Milli Şura Koordinasiya Mərkəzinin üzvü İbrahim İbrahimliyə verilib:

“Əziz mitinq iştirakçıları, Azərbaycan tarixi gün yaşayır. Qarşıda bizi tarixi seçim gözləyir. Zaman-zaman hakimiyyət xalqı belə seçimə çəkib. Üç dəfə Konstitusiyanı dəyişərək sülalə hakimiyyətinin ömrünü uzatmağa çalışıblar. Biz ya azad respublikanın vətəndaşları, ya da monarxiyanın təəbəsi olacağıq. Siz Azərbaycanın ən cəsarətli insanlarısınız. Heç nədən çəkinmədən bu meydana gəlib haqq səsinizi ucaldırsıznı. İndi mən Sizdən soruşuram monarxiyaya nə deyirsiniz?”.

mitinq-16-2

Saat 16:12. İbrahim İbrahimlidən sonra AXCP Rəyasət Heyətinin üzvü Gözəl Bayramlı çıxışa başlayıb:

“11 sentyabr mitinqi bu hakimiyyəti qorxuya salıb. Mitinqə gələn insanların yolları kəsilib. Saatlıda, Sabirabadda, Sumqayıtda mitinqə gələnlərin qarşısı alının. Ağsuda onlarla insanlar geri qaytarılıb. Digər rayonlarda da vəziyyət belədir. Neçə-neçə mitinq təşkilatçıları həbs olunub… Hakimiyyət hiss edir ki, xalqın oyanışı baş verib. Və xalq biraraya gələcəyi təqdirdə bu hakimiyyəti tarixin arxivinə yolayacaq. Bu hakimiyyət xalqı bir parça çörəyə möhtac edib. Biz biq xalq olaraq azadlıq yolumuzdakı baryer olan bu hakimiyyəti önümüzdən götürməyə nail olacağıq. Mitinq əleyhinə təbliğat aparırılar. YAP-ın başbilənləri deyirlər ki, bu gün bu meydana 100 nəfər toplaşacaq. Elə bil, meydana çıxan yüzlər, minlər bu xalqın nümayəndələri deyillər. Bunlar xalqla belə davranırlar. Budur onların xalqa münasibəti. Azərbaycan xalqı mübarizəsinin yeni mərhələsinə qədəm qoyub”. 

Strateq.az-ın mitinqi izləyən əməkdaşının verdiyi məlumata görə, bugünkü aksiyada 11 sentybarda keçirilən mitinqdəki qədər  kütləvilik müşahidə olunmasa da, xeyli insan var.  Bu dəqiqələrdə aksiya sakit keçir və ciddi insident qeydə alınmayıb.

Saat: 16:20.  Tribunada G.Bayramlını Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının sədri, Milli Şuranın üzvü  Rövşən Əhmədli əvəzləyib. O, mitinq iştirakçılarına Hacı Taleh Bağırzadənın müraciətini oxuyub. Müraciətdə deyilir: «Bu gün birlik, həmrəylik günüdür. Bu gün susmaq olmaz! Bu gün rejim Stalindən daha ağır zülmlər edir. Azərbaycandakı rejimin də din pərdəsi yırtılıb. Kim bu rejimə dəstək verirsə, bilsin ki, küfrə dəstək verir, bütə itaət edir. Bu gün günahsız insanlara zülm edən bu hakimiyyətdir. Bu hakimiyyət açıq bilirdi ki, mən demokratik düşərgəyə dəstək verirəm… Mən vaxtilə Xədicə İsmayılı müdafiə edəndə deyirdilər ki, onu niyə müdafiə edirsən, o ateistdir. Zalımın qapısında namaz qılanlardansa, zülmün qarşısında dayanan ateist yaxşıdır. Çünki o, zülmə etiraz edir. Özünü islamçı adlandıranlar, niyə seyrçi qalırsınız?"…

Saat: 16:27.  Mitinqin aparıcısı bildirb ki, həbs olunan AXCP üzvləri azadlığa buraxılıb.

Saat:  16.29.  Çıxış üçün söz "Azadlıq" qəzetinin 1-ci müavini Rahim Hacıyevə verilib. Mitinq iştirakçılarına fədəkarlıqlarına görə təşəkkür edən R.Hacıyev vurğuladı ki, ölkədə dəyişikliklər üçün daha böyük fədəkarlıqlar etmək gərəkdir: “Bu yağışın bir rəmzi mənası da var. Deməli, ölkə bütün çirkablardan təmizlənir. 11 sentyabr və 17 sentyabr ərəfəsi hakimiyyət böyük narahatlıq keçirdi. Bu, ilk növbədə neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi nəticəsində ölkədə yaranmış ağır sosial-iqtisadi durumla bağlıdır. Bu ölkədə istehsal adına heç nə yoxdur ki, onu satıb valyuta əldə edəsən. Ölkədəki sosial-iqtisadi vəziyyət siyasi proseslərə təsir edəcək və sonda bu proselərdə Azərbaycan xalqı qalib gələcək”.

R.Hacıyev elan edib ki, gələn həftənin ikinci günü "Azadlıq" qəzeti satışda olacaq.

 

Saat: 16.35. R.Hacıyevdən sonra Milli Şuranın sədri Cəmil  Həsənli aksiya iştirakçılarına müraciət edib: "…Mitinqlərimizin hədəfi millətin haqqı və hüququdur. Var olsun millətimiz! Biz bura 19-ci ildə qaldırılmış cumhuriyyət bayrağının, ideyalarının müdafisinə toplaşmışıq. Vaxtı ilə babalarımız heçdən bir bayraq ucatdılar. O zaman Avropa siyasətçiləri Azərbaycandakı vəziyyəti görəndə öz hökumətlərinə yazırdılar ki, burada elə bir hökumət qurulub ki, hamıya nümunə ola bilər… İndi o dövlətin Konstitusiyasını dəyişirlər. Əcaba bu Konstitusiya sizin nəyinizə mane olurdu?”…

 

Saat 17.00. Mitinq yekunlaşıb.

 

Strateq.az