XƏBƏR LENTİ

14 Avqust 2020

Digər Xəbərlər

17 Sentyabr 2016 - 19:42

Rəsul Quliyev Milli Şuranı sərt tənqid etid:"Referendumu legitimləşdirir"

resul-quliyev-1

20 ildir ABŞ-da siyasi mühacir həyatı yaşayan Azərbaycan parlamentinin keçmiş sədri Rəsul Quliyev bu gün Milli Şuranın Bakıda, "Məhsul" stadionunda keçiridiyi mitinqlə bağlı fkirlərini öz Facebook səhifəsində bölüşüb.

Strateq.az xəbər verir ki, eks-spiker Milli Şuranı sərt tənqid edərək, onu siyasətdən çəkilməyə dəvət edib:

"Mitinqə gələnlərin sayı verdiyim proqnozdan belə, 3 dəfə az oldu. Buna dərindən təəssüf edirəm. "İnsanlar yağışdan qorxub azad olmaqdan imtina etdilər və mitinqə getmədilər" arqumenti faciəli səviyyədə gülüncdür. "İnsanlar getməmək üçün sadəcə səbəb axtarırmış" fikri daha doğrudur. "Milli Şura ölkədəki vəziyyəti analiz edə bilmir" kompliment olardı, "onlarda elementar məntiq çatışmır və ya yoxdur" daha düzgün qiymətdir. 

2013-cü ildən prezidenti leqitimləşdirməklə başlanan siyasət, sentyabrın 17-nə mitinq təyin etmək və təşkil edə bilməməklə diktatura referendumunu da leqitimləşdirir. MŞ adlanan (yeganə Xalq Cəbhəsi Partiyası üzvü olan) süni qurum, əgər bu millətə xeyir vermək istəyirsə, heç olmazsa, müvəqqəti siyasətlə məşğul olmamalıdır".