XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 September 2016 - 15:28

Müsavat Partiyasının Bakıdakı mitinqi –FOTOLAR-Yenilənir

mitinq-musavat-16-4

Bu gün Müsavat Partiyası Bakıda, Yasamal rayonunda yerləşən "Məhsul" stadinnunda mitinq keçirir.  Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış aksiya bu il sentyabrın 26-da keçiriləcək referendumla bağlıdır. Mitinq təyin oldunduğu vaxt saat 15.00-da başlayıb.  Aksiyada təhlükəsizlik tədbirləri Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilir. 

Musavat Partiyasının başqan müavini Səxavət Soltanlı mitinqə aparıcılıq edir.

Musavat Partiyasının keçmiş başqanı İsa Qəmbər, keçmiş siyasi məhbus Yadigar Sadıqlı, vəkil Osman Kazımov və D18 hərəkatının lideri Ruslan İzzətli mitinqdə çıxış ediblər.

Mitinqə tanınmış ictimai-siyasi xadimlər, fəallar, İsgəndər Həmidov, Pənah Hüseyn və digərləri də qatılıblar.

m2

 

mitinq-musavat-16-2

mitinq-musavat-16-3

Mitinqdə çıxış edən Müsavat başqanı Arif Hacılı bildirib ki, ölkədə ağır siyasi və iqtisadi durum müşahidə olunur. Ölkənin bu vəziyyətdən çıxarmaq üçün islahatlar keçirilməlidir. İslahatlarla həm siyasətdə, həm də iqtisadiyyatda monopoliyaya son qoyulmalıdır. 

Müsavat başqanı diqqətə çatdırıb ki, partiya sentyabrın 24-də növbəti mitinq keçirməyi planlaşdırıb. Amma sonra məlum olub ki, sentyabrın 8-də Milli Şura eyni gündə aksiya təşkili üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib. Buna görə, Müsavat mitinq üçün müraciət etməyəcək. Çünki eyni ünvanda mitinq keçirilməsi üçün iki müraciətin olduğu əsas gətirilərək "yox" cavabı verilə bilər. 

A.Hacılı müsavatçıları Milli Şuranın 24 sentyabra təyin olunan mitinqdə iştirak etməyə çağırıb. 

arif-hacili-mitinq-16

Mitinqin sonunda aparıcı S.Soltanlı mitinqin qətnaməsini aksiya iştirakçılarının diqqətinə çatdırıb. O, iştirakçılardan xahiş edib ki, stadiondan kənarda şüarlar qışqırmasınlar.  Çünki bu kənar müdaxilələr üçün şərait yarada bilər.

Mitinq Azərbaycanın dövlət  himninin oxunması ilə başa çatıb.

mus-m-1

mus-m-2

mus-m-3

mus-m-5

mus-m-4

mus-m-6

mus-m-7

Strateq.az