Rusiya Dövlət Dumasına keçirilən seçkilərdə hakim “Vahid Rusiya” Partiyası qalib gəlir.
APA-nın məlumatına görə, Mərkəzi Seçki Komissiyası bülletenlərin 80%-nin hesablanmasını başa çatdırıb.
Nəticələrə əsasən “Vahid Rusiya” 54,28%, Kommunist Partiyası 13,61%, Liberal-Demokrat Partiyası 13,37%, “Ədalətli Rusiya” Partiyası isə 6,17% səs toplayıb.
“Vahid Rusiya” həmçinin 225 birmandatlı dairələrdən 203-də liderliyi qoruyub saxlayır.
Digər siyasi partiyalar 5%-lik minimum baryeri aşa bilməyiblər.
Qeyd edək ki, deputat mandatı uğrunda 14 siyasi partiya və 2100-ə yaxın müstəqil namizəd mübarizə aparıb.