XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

19 Sentyabr 2016 - 22:07

“Dövlət başçısı İlham Əliyev FETÖ-yə qarşı lazımi tədbirləri görür” –TBMM başqanı

ismayil-tbmm

"Azərbaycanın dövlət başçısı İlham Əliyev FETÖ-yə qarşı lazımi tədbirləri görür".

Bu sözləri Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri İsmayıl Qəhrəman deyib.

“Azərbaycan bizim doğurdan da “Bir millət, iki dövlət” şüarı ilə birlikdə olduğumuz qardaş ölkədir. O cür insanların fəaliyyətlərinə icazə verməsinlər. FETÖ “sülh, mülayim islam” maskalarının arxasında böyük dövlətlərə xidmət edən zavallı bir qrupdur”, – deyə İsmayıl Qəhrəman bildirib.

“İlham Əliyev böyük dövlət xadimidir, lazımi tədbirləri görür. Bir çox platformada biz Azərbaycanla bir yerdəyik, bir-birimizi kürək-kürəyə, çiyin-çiyinə dəstəkləyirik və dəstəkləməyə davam edəcəyik”, – deyə Türkiyə Böyük Millət Məclisinin sədri vurğulayıb. 

APA