XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

20 Sentyabr 2016 - 20:04

Ermənistana “İsgəndər” raketləri satılıb? –Ekspert Rusiya və Azərbaycan XİN-ə səsləndi

isgender-raket-ermenistan

Necə gündür Azərbaycan mediası və ekspertləri bu suala cavab axtarırlar: İrəvanda nümayiş etdirilən modern “İsgəndər” raketləri Rusiyanın hərbi bazasındakı mülkiyyətidir, yoxsa həqiqətən Ermənistana aiddir?

Maraqlıdır ki, bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi də susur.

Strateq.az xəbər verir ki, bu və ya digər faktlarla bağlı açıqlama verən politoloq Elxan Şahinoğlunun sözlərinə görə, Ermənistan hakimiyyəti qəsdən "İsgəndər" raketlərinin fotolarını yayıb:

"Sözsüz ki, burada məqsəd bu raketlərlə Azərbaycan cəmiyyətində qorxu yaratmaqdır. Ona görə də məsələyə aydınlıq gətirməlidir.

Bunun aydınlaşdırmanın yolu isə Azərbaycan XİN-nin rusiyalı həmkarlarına müraciət etməsidir. Qoy Rusiya XİN və ya Müdafiə Nazirliyi açıqlama verib desin ki, həmin “İskəndər” raketləri onlarındır, yoxsa ermənilərin?".