Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT binasına qədər yolu piyada getməli olub.
Strateq.az-ın məlumatına görə, bu gün BMT Baş Assambleyasının 71-ci sesiyası işə başlayıb.
Nyu-Yorkun Manhetten ərazisindəki küçələr ABŞ prezidenti B.Obamanın gəlişi ərəfəsində hərəkət üçün bağlanılıb. Buna görə də tıxaca düşən S.Lavrov avtomobilindən düşərək, BMT iqamətgahına qədər olan yolu piyada getməli olub.
ABŞ prezidentinin özü də iclasa gecikib. Buna görə də sesiyada fasilə verməmək üçün, onun yerinə Çad prezidenti İdrisu Debi çıxış edib.
M.Rzasoy