Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Mingəçevir şəhərinə səfərə gəlib.
Strateq.az xəbər verir ki, dövlət başçısı mərhum prezident Heydər Əliyevin şəhərin mərkəzindəki abidəsi önünə gül dəstəsi qoyub.
Şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov son dövrdə Mingəçevirdə görülən işlər barədə dövlət başçısına məlumat verib.
Bildirilib ki, Heydər Əliyevin adını daşıyan parkın ərazisi üç hektardır. Parkda şəlalə kompleksi və yeni kafe tikilib, mövcud “Ana və uşaq” kafesi müasir üslubda yenidən qurulub, geniş yaşıllıq işləri görülüb.