XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

23 Sentyabr 2016 - 06:44

“Pulların xaricə çıxarılmaması üçün ölkədə maliyyə-vergi amnistiyası elan edilməlidir” –Tanınmış iqtisadçıdan hökumətə çağrış

qubad-ibadoqlu-9

Tanınmış iqtisadçı alim, ADR Hərəkatının lideri Qubad İbadoğlu özünün facebook səhifəsində ölkə "Yastıq altında yatan milyonlar" sərlövhəsi altında əhalinin banklarda olan əmanətlərini geri çəkməsi və ölkədən çıxarması məsələsinə toxunub. Ökənin maliyyə-iqtisadi sektorunda dirçəlişə nail olmaq üçün ciddi tənzimləyici dəyişikliklərə ehtiyacın olduğunu vurğulayan Qubad İbadoğlu bu dəyişikliklərdən öncə, ölkədə maliyyə-vergi amnitsiyasının elan edilməsini vacib sayıb, əks halda ölkədən kapital axınının sürətlənəcəyini vurğulayıb.

Strateq.az iqtisadçı alimin fikirlərini təqdim edir:

Bu ilin yanvar ayı ilə müqayisədə iyul ayında əhalinin banklardakı əmanətləri 800 milyon manat azalıb. Belə ki, ilin əvvəlinə 8 milyard 643 milyon manat əmanətə malik olan fiziki şəxslər son 7 ay ərzində 800 milyon manata qədər əmanətlərini banklardan geri çəkiblər. Banklardan geri götürülən əmanətlərin bir qismi məcbur şəkildə bankların bağlanmasına, digər qismi isə əmanət sahiblərinin iradəsi ilə etibarın azalmasına görə banklardan çıxarılıb.

Hesabat dövrü ərzində, Əmanətlərin Sığortalanması Fondu tərəfindən 9 bank üzrə əhaliyə 252 milyon 367 min manatdan çox kompensasiya ödənişi həyata keçirilib.

Mərkəzi Bankın təqdim etdiyi məlumata görə, 2016-cı il avqustun 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 7 milyard 843 milyon manat təşkil edib. Əmanətlərin 80,8 faizi xarici, 19,2 faizi isə milli valyutada qoyulub. Əmənətlərin 76,6 faizi əhali tərəfindən özəl banklarda yerləşdirilib.

Bu dövr ərzində Azərbaycanda əsas kapitala yönəldilmiş vəsaitlər 31,7 faiz azalıb. Deməli, geri götürülmüş əmanətlər sərmayə qoyuluşuna da yönəldilməyib. Bəs onda bu vəsaitlər hardadır?

Mərkəzi Bankın 2016-cı ilin birinci yarımilliyi üzrə tədiyyə balansının təhlili göstərir ki, Azərbaycandan çıxarılan depozitlər və nağd valyutanın həcmi 909,7 milyon dollar olub.

Ölkədə səhm bazarının inkişaf etmədiyini, mülk və torpaq bazarında durğunluğun hökm sürdüyünü əsas götürüb deyə bilərik ki, əhalinin geri şəkdiyi əmanətlərin bir hissəsi xaricə axıb, digər hissəsi isə xarici valyutalara çevrilərək hələ də yastıq altında saxlanılır. Belə olan halda bu pullar nə sahibi, nə də milli iqtisadiyyat üçün əlavə dəyər yaratmır. Bunun başlıca səbəbi biznes mühitinin pis olması, eləcə də banklara inamın itməsi və səhm bazarının inkişaf etməməsidir. 

Sərmayə ehtiyacı gündən-günə artan Azərbaycan iqtisadiyyatında bu mənbədən vəsait qoyuluşlarının aşağı düşməsi ölkədə biznes mühitinin yaxşılaşmaması ilə əlaqədardır. Bu isə o deməkdir ki, mühitin dəyişdirilməsi üçün yalnız fərmanlar kifayət etmir, xüsusilə də tənzilməyici sektorda ciddi dəyişikliklər tələb olunur. Bu dəyişikliklərdən öncə, ölkədə maliyyə-vergi amnitsiyasının elan edilməsi vacibdir. Əks təqdirdə yastıq altında yatan vəsaitlər daxildə sərmayə qoyuluşuna deyil, xaricə axacaq.