[
Fətullah Gülən Türkiyəyə qayıtmağa hazır olduğunu bəyan edib.
Strateq.az Frans-Pressə istinadən bildirir ki, bu barədə Fətullah Gülən Almaniyanın ZDF telekanlına müsahibəsində deyib: “Əgər ABŞ Ankaranın ekstradisiya barədə müraciətini qəbul edərsə, mən gedərəm. Bu, problem deyil”.
Gülən onun haqqında olan ittihamları araşdırmaq üçün beynəlxalq istintaqın təşkil olunmasına çağırıb: “Əgər onların ittihamı təsdiq olunsa, mən onların istədiklərini qəbul edəcəyəm. Lakin onlar heç bir konkret subut təqdim etməyiblər. Ankara mənim təkliflərimə də cavab verməyib”.
F.Gülən həmçinin Ankaranı qiyamdan “Hizmət” hərəkatını təqib üçün bir əsas kimi istifadə etməkdə günahlandırıb. Gülənin sözlərinə görə, bu, əvvələcədən planlaşdırılmış bir məsələ olub.