XƏBƏR LENTİ

26 May 2020
25 May 2020

Digər Xəbərlər

27 Sentyabr 2016 - 13:18

“Müdafiə Nazirliyi yüzlərlə “Zərbə” pilotsuz uçuş aparatı sifariş verib” –Nazir ermənilərə mesaj verdi

PUA-pilotsuz -aparat

““Zərbə” pilotsuz uçuş aparatı Ermənistan ordusunun ölüm kabusuna çevrilib. Hazırda Müdafiə Nazirliyi ilə danışıqlar gedir. Yüzlərlə pilotsuz uçuş aparatı sifariş verilib. Bu günlərdə müqavilə imzalanacaq”.

Bunu müdafiə sənayesi naziri Yavər Camalov deyib.

Nazir Ermənistan ordusunun paradında "İsgəndər" raket kompleksinin nümayiş etdirilməsinə də münasibət bildirib.

O qeyd edib ki, Ermənistan müstəqil dövlət olmadığı üçün onun keçirdiyi paradın da elə bir əhəmiyyəti yoxdur: “Ermənistana verilən "İsgəndər M" deyil. "İsgəndər M" 500 km məsafədə hədəfi vurur. Ermənistana verilən isə "İsgəndər E"-dir. "İsgəndər E"-nin 280 km məsafəni vurmaq imkanı var. "İsgəndər E" istismar müddətini başa vurmuş ballistik raketlərdir”.

APA