ABŞ Azərbaycanda keçirilən referendumun nəticələrini tanıyır və ölkə başçısının səlahiyyətlərinin müddətinə dair məsələyə müdaxilə etmək niyyətində deyil.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu brifinqdə Dövlət Departamentinin rəsmi nümayəndəsi Mark Toner deyib.
“Biz, bu demokratik prosesin hansı nəticələr verib-verməyəcəyi ilə bağlı nəyisə diqtə edə bilmərik. İstisna odur ki, pozuntular varsa – araşdırılmalı, qüsurlar varsa – tədqiq edilməli və aradan qaldırılmalıdır… Biz səlahiyyət müddətinin məhdudlaşdırılmasını diqtə edə bilmərik”, – deyə Torner brifinq zamanı Azərbaycanda keçirilmiş referendumda qəbul olunan normaların demokratik olub-olmamasına dair suala cavabında bildirib.
“ABŞ bundan sonra da demokratik institutların fəaliyyətinin yaxşılaşdırılması istiqamətində Azərbaycanla işləmək niyyətindədir”, – deyə Dövlət Departamentinin rəsmi nümayəndəsi əlavə edib.