XƏBƏR LENTİ

14 Avqust 2020

Digər Xəbərlər

28 Sentyabr 2016 - 05:58

ABŞ-dan referenduma iki rəy:Konqresmen "qeyri-legitimdir", Departament təmsilçisi isə "diktə edə bilmərik" deyir

smit-2

ABŞ Helsinki Komissiyasının həmsədri Kris Smit Azərbaycanda Konstitusiya dəyişikliklərinə dair sentyabrın 26-da keçirilmiş referendum barədə verdiyi bəyanatda bildirib ki, bu səsvermə Azərbaycan prezidentinin hesabatlılığının azaldılmasına hesablanıb və “referendum, onun son nəticəsindən asılı olmayaraq, legitimsizlik prosesinin kulminasiyası olub”.

Bəyanatda deyilir ki, Azərbaycan hökuməti bu mühüm dəyişiklikləri tələsik səsverməyə çıxarmaqla Azərbaycan xalqını bu məsələlər barədə azad debat aparmaq kimi təməl haqqından məhrum edib.

Konqresmen Kris Smit xatırladıb ki, hökumətin planlaşdırdığı dəyişikliklərin əleyhinə olan fəallar və jurnalistlər həbslər və təqiblərə məruz qalıblar.

Bəyanatda deyilir ki, cəmi bir il bundan əvvəl rəsmi Bakı parlament seçkilərinin ATƏT-in seçki müşahidəçiləri tərəfindən montorinqini bloklamaqla Azərbaycan xalqının ATƏT öhdəliklərinə uyğun şəkildə səs verməsinin qarşısını almışdı.

“Mən dərindən narahatam ki, bu qeyri-legitim proses azərbaycanlıların layiq olduqları və gözlədikləri demokratik gələcəyi daha da yubadacaq” – deyib cənab Smit.

ABŞ Helsinki Komissiyasının rəhbəri Azərbaycan hökumətini bütün vicdan məhbuslarını azad etməyə, onlara və onların şərti cəza almış həmkarlarına qarşı səfər qadağasının qaldırılmasına çağırıb.

Xatırladaq ki, sentyabrın 8-də cənab Smit və Konqresin başqa üzvləri Azərbaycan hökumətinin hazırladığı təkliflərlə bağlı prezident İlham Əliyevə məktub yazmışdılar. Bundan əvvəl, 2015-ci ilin dekabrında sədr Smit Azərbycan rəsmilərinə qarşı maliyyə və viza sanksiyaları nəzərdə tutan qanun layihəsini Konqresə təqdim etmişdi.

 

Və Dövlət Departamentinin brifinqində…

 

Dövlət Departametninin gündəlik brifinqində Amerikanın Səsinin müxbirinin sualına cavab olaraq Azərbaycandakı referenduma reaksiya verən sözçü müavini Mark Toner konstitutsiya üzərində keçirilən referendumun “insidentsiz” ötüşdüyünü bildirib.

toner-1

“Venesiya Komissiyası qeyd edib ki, səsvermə öncəsi proses daha geniş ictimai diskussiyadan faydalanmış olardı. Biz hökuməti qanun pozuntuları barədə məlumatları araşdırmağa çağırırıq,” – Toner bildirib.

Toner əlavə edib ki, ABŞ Azərbaycanda “daha güclü” demokratiya qurulmasına sadiqdir və Vaşinqton “ölkə daxilində şəffaflıq və dialoqu həvəsləndirir.”

“Yaxşıdırmı ki, bir ailə ölkəni bu qədər idarə edib, əvvəlki idarəçinin oğlu ölkəni daha uzun müddətə idarə edə bilər?” – deyə başqa jurnalist soruşub.

Toner: “Bizim diqqətimiz təsisatların təkmilləşdirilməsinə, Azərbaycan xalqı və hökuməti ilə əməkdaşlıq edərək demokratik prosesin təkmilləşdirilməsinə yönəlib. Demokratik prosesin sonucunu diktə etmək bizim işimiz deyil. Biz onu qeyd edə bilərik ki, pozuntular varsa araşdırılmalıdır, nöqsanlara baxılmalı və onlar aradan qaldırılmalıdır.”

“Bu, demokratik prosesdirmi?” – başqa jurnalist dillənib.

Toner: “Dünən baş vermiş səsverməyə baxırıq. Biz müəyyən etdik ki, burada pozuntulara dair bəzi məlumatlar var…”

Jurnalist: “Elə bir situasiya yaranıb ki, burada ömürlük prezident ola bilər? Bu, demokratiyadırmı?"

Toner: "Azərbaycan uzun müddətli idarəçisi, dövlət başçısı olan ölkələr baxımdan unikal deyil…”

Jurnalist: “Mən soruşmadım ki, o, unikaldır…”

Toner: “İmkan verin, fikrimi tamamlayım. Bizim əsas amacımız mövcud strukturlar daxilində prosesi, demokratik təsisatları təkmilləşdirməkdir. Biz prezidentlik dönəmlərini diktə edə bilmərik.”

azadliqradiosu.az