XƏBƏR LENTİ

01 Oktyabr 2020

Digər Xəbərlər

03 Oktyabr 2016 - 11:37

Gömrük Komitəsinin sədri bahalaşmadan danışdı:“Xarici məhsullara görə valyuta ödənməlidir”

 

Aydın Əliyev

Azərbaycana gətirilən bəzi mallar üçün gömrük rüsumlarının artırılması ilk növbədə yerli məhsulların istehsal həcminin artmasına gətirib çıxaracaq.

Bunu jurnalistlərə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib.

O bildirib: "Onsuz da biz hamımız Azərbaycanda istehsal edilən kənd təsərrüfatı və qida məhsullarına üstünlük veririk. Sadəcə, onlar hazırda ölkəyə gətirilən xarici məhsullar ilə dempinq qiymətləri üzrə rəqabət apara biləcəklər. Əgər ölkədə toyuq əti, yumurta və qida məhsulları istehsal edilirsə, ölkə dondurulmuş xarici məhsullara görə valyuta ödəməlidir".