XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 October 2016 - 12:25

Kiçik və orta sahibkarlığa əlavə vergi güzəşti olacaq?- Rəsmi açıqlama

"Vergilər Nazirliyinə kiçik və orta sahibkarlara vergi güzəştinin tətbiqi barədə təklif olmadığından, onun müzakirəsi də aparılmır".

Azərtac xəbər verir ki, bu barədə vergilər nazirinin müavini İlkin Vəliyev jurnalistlərə müsahibəsində bildirib.

Onun sözlərinə görə, kiçik və orta sahibkarlığa hər hansı əlavə vergi güzəşti gözlənilmir. “Bildiyiniz kimi, orta və kiçik sahibkarlıqla məşğul olan şəxslər Bakı şəhərində 4, regionlarda 2 faiz olmaqla sadələşdirilmiş vergi ödəyiciləridir. Hesab edirəm ki, bunun özü də bir güzəştdir”, – deyə İ.Vəliyev vurğulayıb.