XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

06 Oktyabr 2016 - 09:56

Manatın xarici valyutalara qarşı bahalaşması davam edir –RƏSMİ

manat-dollar-1

 Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi oktyabrın 5-i ilə müqayisədə 0,49% ucuzlaşaraq 1,6036 manat olub.

Avro da manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 0,67% zəifləyərək 1,7956 manat olub.

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl oktyabrın 5-i ilə  müqayisədə dəyişməyərək 0,0257 manat səviyyəsində qalıb.

Türkiyə lirəsinin məzənnəsi isə 0,42% ucuzlaşaraq 0,5248 manat təşkil edib.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,0396 manatdır. Beləliklə, funt sterlinq 0,59%-lik ucuzlaşma nümayiş etdirib.

Gürcüstan larisinin məzənnəsi 0,91% ucuzlaşaraq 0,6824 manat təşkil edib.  (APA)