XƏBƏR LENTİ

27 Sentyabr 2020
26 Sentyabr 2020

Digər Xəbərlər

06 Oktyabr 2016 - 11:15

Azərbaycanda heç kim ipoteka krediti götürmür –Rəqəmlər

ipoteka-1

Sentyabrın 1-i üçün Azərbaycan İpoteka Fondunun (AİF) müvəkkil bankları 730 milyon 802,42 min manat məbləğində 17 min 997 ipoteka krediti veriblər.

İyunun əvvəli üçün də eyni göstərici olub. Yayda və sentyabrda heç kəs kredit almayıb. Yanvar-iyunda isə orta həcmi 50 min manat olan 22 kredit verilib. Xatırladaq ki, ötən il 97 mln  273,98 min manat məbləğində 2 min 146 kredit verilmişdi.(Turan)

Azərbaycanda sosial ipotekanın verilməsinə 2007-ci ildən başlanılıb və 6 ay davam edib. AİF 2009-cu il iyunun 1-dən kommersiya şərtləri ilə ipoteka kreditlərinin verilməsi prosesini bərpa edib. Kommersiya şərtləri ilə ipoteka kreditləri illik 8%-dən çox olmayan dərəcə ilə verilir. Artıq kommersiya şərtləri ilə ipoteka kreditləri verilmir. Səbəb bankların maraqlı olmamasıdır. Onlar istehlak (20-40%) və sahibkarlıq (12-18%) kreditlərindən daha çox qazanır.

Yanvar-avqust aylarında fond sosial ipotekanın verilməsi üçün dövlət büdcəsindən 32,4 mln. manat alıb.