XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 October 2016 - 11:19

“Beynəlxalq Bank”a məxsus Beynəlxalq Sığorta Şirkəti ləğv edilir –Qərar

 

beynelxalq-bank

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin səhmdarlarının növbədənkənar Ümumi Yığıncağı keçiriləcək. Gündəlikdəki yeganə məsələ ABB-nin törəməsi “Beynəlxalq Sığorta Şirkəti” ASC-nin fəaliyyətinə xitam verilməsidir. Ümumi Yığıncaq oktyabrın 12-ə təyin edilib.

“Beynəlxalq Sığorta Şirkəti” ASC 2002-ci ildə yaradılıb. Səhmlərinin 100%-i ABB-yə məxsusdur.

2016-cı ilin I yarısında şirkətin ziyanı 1,5 mln manat olub. Bu il iyulun 1-i üçün şirkətin ödənilməmiş ziyanı 3,5 mln manata çatıb. 6 ayda şirkətin aktivləri 31,5 mln-dan 28,2 mln manata azalıb.