XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 October 2016 - 12:07

Mərkəzi Bankın valyuta ehtiyatı yenə azalıb

bank

Manatın sentyabrda cüzi möhkəmlənməsi (31 avqustda $1 – 1,6321 manat, 30 sentyabrda $1 – 1,6211 manat) nəticəsində AMB-nin valyuta ehtiyatları $59,8 mln və ya 1,43% azalıb.

Mərkəzi Bankın məlumatına görə, 2016-cı il sentyabrın 30-a AMB-nin valyuta ehtiyatları $4 mlrd 132,7 mln təşkil edib (mənfi 17,6% və ya 884 mln manat).(Turan)

Valyuta ehtiyatlarının azalması 2014-cü ilin iyul-dekabrından başlayıb. O vaxt neftin qiyməti ucuzlaşmağa başlamışdı və yerli əmanət və depozitlər xarici valyutaya dəyişdirilmişdi. I devalvasiyadan sonra ehtiyatlar $14,3 mlrd-dan 1 yanvar 2016-cı il üçün $4,3 mlrd-a azalıb.

Mart-avqustda kiçik valyuta axını oldu (+6%), amma sentyabrda intervensiya ilə bağlı yenidən azalma müşahidə olunmağa başladı.