XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 October 2016 - 12:17

Ləğv edilmiş “Bank Standard»ın müştərilərinə kompensasiya verilməsibaşlanır

bank standart

Oktyabrın 11-dən «Bank Standard»ın qorunan əmanətçilərinə kompensasiyanın verilməsinə başlanacaq.

Strateq.az bildirir ki, bu barədə Əmanətlərin Sığortalanması Fondu məlumat yayıb. Fond bəyan edib ki, əmanətçilər kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən bir il müddətində ərizə ilə müraciət edə bilər.

Fondun icraçı direktoru Azad Cavadov oktyabrın 4-də bildirmişdi ki, «Bank Standart»da əhalinin əmanətləri 603 mln manatdır. Bunun 460 mln manatı kompensasiya edilməlidir. Kompensasiya verilməsi üçün AMB fonda 460 mln manat kredit verəcək. Milli valyuta ilə əmanətlər 172 mln manat, xarici valyuta ilə 175 mln dollardır.

Azad Cavadov bildirib ki, dollar əmanətləri dollarla qaytarılacaq. Bir müştərinin multivalyuta əmanəti olduğu hallarda kompensasiya manatla veriləcək.