XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

06 Oktyabr 2016 - 12:44

İsveçrə səfiri:“Azərbaycanda əhaliyə ucuz məhsullar təqdim edəcək islahatlar lazımdır”

isvecre

Azərbaycanın maliyyə bazarında müşahidə edilən çətinliklərin həlli üçün əhaliyə daha ucuz və innovativ məhsulların təqdim edilməsinə yönəlmiş islahatlar lazımdır.

Bunu İsveçrənin Azərbaycandakı səfiri Filip Ştalder Bakıda VIII Azərbaycan Mikromaliyyə Konfransında deyib. (Trend)

Onun sözlərinə görə, indi əsas diqqət daşınmaz əmlakın reyestrinin və özəl kredit bürosunun yaradılmasına göstərilir ki, bu da maliyyə-bank sistemində struktur dəyişiklikləri çərçivəsində həyata keçirilir.

Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) icraçı direktoru Jalə Hacıyeva isə xarici investorların Azərbaycanın mikromaliyyə bazarına böyük marağını qeyd edib.

Onun sözlərinə görə, Azərbaycanın mikromaliyyə bazarı yeni investoların, o cümlədən İslam İnkişaf Bankı qrupunun marağını cəlb edir.