Oktyabrın 12-də səhmdarların yığıncağında müzakirəyə çıxarılacaq Beynəlxalq Sığorta Şirkətinin bağlanma ehtimalı onun aşağı maliyyə göstəriciləri ilə bağlıdır.
Bunu sığorta şirkətinin 100 faizlik təsisçisi olan Azərbaycan Beynəlxalq Bankının İdarə heyətinin sədr müavini Elmir Həbibullayev deyib.