XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

06 Oktyabr 2016 - 17:03

Neft qalxdı, dollar düşəcəkmi? –Analitik qrupun şərhi

dollar

Azərbaycanda dolların rəsmi məzənnəsinin 1,55 AZN/USD səviyyəsinə kimi düşə bilər.

Analitiklər hesab edir ki, neft qiymətlərinin 50 dollar/barel səviyyəsini keçməsi manatın möhkəmlənməsinə gətirib çıxarıb.

Neft qiymətlərinin bu səviyyədə qalması ilin sonuna qədər manatın cari səviyyədən 3-5% bahalaşmasına gətirib çıxaracaq.

Qeyd edək ki, hazırda "Brent” və "AzeriLight” markalı neft sortları təxminən 52 dollar/barelə satılır. Noyabrın 30-da Vyanada keçiriləcək OPEK ölkələrinin sammitində neft hasilatının azaldılması nəzərdə tutulur ki, bu da neftin qiymətinin ilin sonuna qədər 50 dollar/bareldən yuxarı olacağı ehtimallarını artırıb.

Analitik qrup hesab edir ki, 2016-cı ilin yekununda Azərbaycanda dolların rəsmi məzənnəsi ilin əvvəlindəki 1,56 AZN/USD səviyyəsindən aşağı enə bilər: "Lakin məzənnənin bu il 1,50 AZN/USD səviyyəsinin üstündə olacağı ehtimal edilir”. 

Report