XƏBƏR LENTİ

27 Noyabr 2020

Digər Xəbərlər

06 Oktyabr 2016 - 17:52

“Neftin qiyməti 40 dollardan yüksək qalarsa,…” –Mərkəzi Bankdan açıqlama

 

merkezi bank

Dünya bazarında neftin qiymətinin 40 dollar/barel səviyyəsindən yuxarı olması 2017-ci ildə Azərbaycanın valyuta ehtiyatlarını artıracaq. 

Azərbaycan Mərkəzi Bankından bildirilib ki, gələn ilin büdcə layihəsində ARDNF-in büdcəyə nəzərdə tutulan 6,1 mlrd. manatlıq transferti diqqətə alınaraq neftin qiymətinin 40 dollardan yüksək olması durumunda valyuta ehtiyatlarında artım davam edəcək(Report). 

Qeyd edək ki, Azərbaycanın məcmu valyuta ehtiyatları ilin əvvəlində 38 590,8 mln. dollara bərabər olub. İlin ilk yarısının yekunlarına görə, valyuta ehtiyatları 43 686,5 mln. dollara çatıb. Beləliklə, valyuta ehtiyatları ilk 6 ayda 5 095,7 mln. dollar və ya 13,2 % artıb.