XƏBƏR LENTİ

16 Yanvar 2021
15 Yanvar 2021

Digər Xəbərlər

08 Oktyabr 2016 - 14:52

Beynəlxalq Valyuta FonduƏDV-nin qaytarılması qaydasını tənqid edib

Beynəlxalq Valyuta Fondunun (BFV) mütəxəssisləri Rumıniya ilə bağlı hazırladıqları məruzədə qeyd ediblər ki, hökumət ƏDV-nin qaytarılması üçün öz qiymətli resurslarını itirsə də, bunun qarşılığında hər hansı bir uğur qazanmayıb.

“Vergiler.az” saytına istinadla bildirir ki, Rumıniyada bir vergi ödəyicisi üzrə ƏDV-nin qaytarılması orta hesabla yarım il vaxt apardığı halda, bu prosedur üçün Avropa İttifaqı (Aİ) ölkələrində bir gün, hətta ondan da az vaxt lazım gəlir. Həm də audit aparılması üçün böyük həcmdə resurslar sərf olunur.

Qeyd olunub ki, Rumıniyada keçən il yığılmış ƏDV-nin məbləği ümumi daxili məhsulun 7,9 faizini təşkil edib. 2014-cü ildə isə yığılmış ƏDV məbləği ÜDM-in 7,6 faizi qədər olub. Ümumilikdə yığılan bütün vergilərin ümumi məbləği ÜDM-in 18 faizindən artıq deyil və bu, Aİ üzrə ən aşağı göstəricidir.