XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

08 Oktyabr 2016 - 19:19

Bill Qross:"FED noyabr və ya dekabrda faiz artımına gedəcək"

"Janus Capital" fondunun rəhbəri Bill Qross FED-in noyabr və ya dekabrda faiz artımına gedəcəyini bildirib.

Azərtac "Bloomberg"ə istinadla xəbər verir ki, Bill Qross kənd təsərrüfatı istisna olmaqla, qeyri-neft məhsulunun məşğulluq göstəricisinin gözləniləndən aşağı olmasının FED-in faiz artımına təsir etməyəcəyini söyləyib.

B.Qross "Bloomberg TV"yə müsahibəsində iqtisadiyyatdakı sıxıntının maliyyə vəsaitindən qaynaqlandığını və dünyanın ucuz dollara ehtiyacı olduğunu bildirib.

"Əminliklə deyə bilərəm ki, FED bu ilin dekabrında mütləq faizləri artıracaq. Lakin bu, noyabrda da baş verə bilər", – deyə B.Qross diqqətə çatdırıb.