XƏBƏR LENTİ

24 Sentyabr 2020

Digər Xəbərlər

08 Oktyabr 2016 - 19:39

Almaniyanın iri şirkətləri “Deutshe Bank”akapital verməyə hazırdır

Almaniyanın bir neçə nüfuzlu şirkətinin rəhbərləri ölkənin ən iri bankı "Deutsche Bank"ın problemlərini müzakirə edib və bankı dəstəkləmək üçün kapital verməyə hazır olduqlarını bəyan ediblər. Bu barədə "Hendelsblatt" nəşri məlumat yayıb.

Azərtac “banks.eu” saytına istinadla xəbər verir ki, şirkət fövqəladə planı çərçivəsində "Deutsche Bank"ın rezervlərini artırmaq üçün bankın səhmlərini alacaq. "Berlin, öz növbəsində, özəl sektorun müdaxiləsini alqışlayır. "Deutsche Bank" üçün bazarın dəstəklənməsi istənilən halda dövlət pullarının istifadəsindən yaxşıdır", – deyə mənbə bildirir.

Nəşr banka kapital axını imkanını müzakirə edən şirkətin adını açıqlamır. "Deutsche Bank" isə şərh verməkdən imtina edib.