XƏBƏR LENTİ

25 Sentyabr 2020
24 Sentyabr 2020

Digər Xəbərlər

09 Oktyabr 2016 - 19:03

Bakıda dollar bolluğununsəbəbi məlum oldu

dollar

Dövlət Neft Fondu (DNF) Azərbaycan Beynəlxalq Bankında birillik müddətə 4 faizlə bir milyard dollarlıq depozit yerləşdirib.

Fonddan bildiriblər ki, “DNF ABB-yə “Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar”ın 2.1.3.-cü bəndinə uyğun olaraq yerləşdirilib”. 

Azərbaycan Beynəlxalq Bankından  isə deyiblər ki, Dövlət Neft Fondunun bu addımı xarici öhdəliklərin yerinə yetirilməsi ilə bağlıdır. Əslində, Neft Fondunun vəsaitlərinin yerli banklarda yerləşdirilməsi yeni məsələ deyil. Ancaq burda başlıca niyyət bankların xarici borclarının ödənilməsi də sayıla bilməz. Məqsəd – ucuz vəsaitin yerli banklarda yerləşdirilməsi və nəticədə, kreditlərin faiz dərəcəsinin aşağı düşürülməsidir. Vaxtilə prezidentin də bu barədə tapşırığı olub.

Bununla belə fonddan bildiriblər ki, hazırda DNF-nin digər yerli banklara depozit qoyuluşu planları yoxdur. Fondun vəsaitləri xarici banklarda, o cümlədən qiymətli kağızlarda və kommersiya daşınmaz əmlakda saxlanılır(fins.az).