XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

10 Oktyabr 2016 - 10:06

Dövlət obyektlərinin növbəti hərracı:Pambıq zavodları satışa çıxarılır

herrac

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı 8 noyabr tarixində keçiriləcək növbəti hərrac elan edilib.

 Komitədən verilən məlumata görə, bu dəfə hərraca ümumilikdə 77 dövlət müəssisə və obyekti çıxarılıb. Bu, dövlət əmlaklarının 26-sı özəlləşdirmə prosesi çərçivəsində yaradılmış və nizamnamə kapitalının nəzarət səhm paketinin 30-45%-ini təşkil edən açıq səhmdar cəmiyyətləridir. Hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında pambıqçılıq, kənd-kimya, nəqliyyat, tikinti, emal və sair sahələrə aid müəssisələr vardır. Belə ki, bu səhmdar cəmiyyətləri arasında “Azinterservis”, “Lənkəran Taxıl”, “Ağcəbədi Pambıq”, “Biləsuvar Pambıq”, “Zaqatala Sənaye”, “Bərdə Dəmir Beton-9” və digər müəssisələr vardır. Qeyd edilməlidir ki, hərraca çıxarılan səhmdar cəmiyyətləri Bakı şəhəri ilə yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşir.

 Həmçinin hərraca 51 kiçik dövlət müəssisə və obyekti də çıxarılacaq. Bu obyektlər sırasında həmçinin Bakı şəhərinin ayrı-ayrı rayonlarında yerləşən və kiçik biznesin qurulması üçün əlverişli ola biləcək müxtəlif sahəli qeyri-yaşayış sahələridir. Bunlar sırasında 10 kvadrat metrdən başlayaraq 400 kvadrat metrədək olan obyektlər vardır. Bu obyektlərin hərrac qiymətləri 6500 manatdan 800 000 min manatadəkdir.