XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

11 Oktyabr 2016 - 09:48

“İndi kimə inanaq, Palataya, yoxsa borc tələsinə salınmış vətəndaşa?” –Deputat

eli-mesimli-1

Aradan altı ay keçməsinə baxmayaraq, deputat həmkarım Vahid Əhmədovla mənim aidiyyəti orqanlara göndərdiyimiz təkliflərlə bağlı hələ ki yekun rəy almamışıq”. 

Strateq.az xəbər verir ki, bunu deputat Əli Məsimli “Yeni Müsavat”a açıqlamasında deyib.

Deputat qeyd edib ki, Vahid Əhmədov bu məsələni İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında növbəti dəfə qaldırandan sonra Maliyyə Bazarına Nəzarət Palatasının (MBNP) rəhbərliyi Prezidentin iqtisadi islahatlara üzrə köməkçisinə göndərdikləri rəyin bir nüsxəsini onlara göndərib:

“Əslində, ona obyektiv rəy demək olmaz.

Çünki birincisi, maliyyə sektoru üzrə yetərincə səlahiyyət əldə etmiş Palata həmin səlahiyyətlərə adekvat ölkə miqyaslı məsuliyyət də daşımalı, artıq öz üzərinə düşən vəzifələri də reallaşdırmağa başlamalı və xarici valyutada olan kreditlərlə problemin həllində daha çox maraqlı qurum olmalıdır. Amma onun rəyində bu qurum problemin həllinə marağı olmayan tərəf kimi görünür.

İkincisi, bizə göndərilən rəydə MBNP birmənalı şəkildə bankların tərəfini tutur.

Üçüncü, məhz bu səbəbdən palatanın rəyi yarımçıq, reallıqlardan uzaq, sadəcə, təkliflərimizin diqqətdən kənarda saxlanılmasına yönəlmiş uğursuz bir cəhddir”. 

Ə.Məsimli deyir ki, həmin rəyin reallıqdan uzaq olduğunu göstərmək üçün bir cümləni xatırlatmaq yetər:  

“Xalqın bankların zülmündən kömək dilədiyi bir vaxtda, palata bizim təkliflərin əhəmiyyətini azaltmaq məqsədilə prezidentin islahatlar üzrə köməkçisinə göndərdiyi rəydə yazır ki, ”MBNP banklar ilə apardığı intensiv dialoq və məsləhətləşmələr, habelə bankların prudensial hesablarının təhlili göstərir ki, banklar xarici valyutadakı problemli kreditlərin həlli ilə bağlı əhəmiyyətli güzəşt edirlər".

Banka dollarla borcu olan vətəndaşlar isə bizə yazır ki, bankdan manat hesabı ilə 9 min manat kredit götürüb. Hər ay 371 manat olmaqla, 5 min manata yaxınını ödəyib. İndi bankdan deyirlər ki, əlavə 11207 dollar da ödəməlisiniz.

İndiki kursla bu, 18 min manatdan artıq pul eləyir. Belə çıxır ki, vətəndaş aldığı 9 min manatın müqabilində 23 min manata yaxın borc ödəməlidir. İndi kimə inanaq, Maliyyə Bazarına Nəzarət Palatasına, yoxsa borc tələsinə salınmış vətəndaşa?"