Azərbaycanın energetika naziri Natiq Əliyev İstanbulda 23-cü Dünya Enerji Konqresi çərçivəsində keçirilən Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv ölkələrin nazirlərinin qeyri-rəsmi görüşündə iştirak etməyəcək.
Energetika Nazirliyindən bildirilib ki, OPEC ölkələrinin İstanbul görüşü məlumat xarakteri daşıdığından və Azərbaycanın mövqeyi konqresdə Prezident səviyyəsində çatdırıldığından nazirin görüşdə iştirakı məqbul hesab olunmayıb.
Xatırladaq ki, OPEC-ə üzv ölkələrin nümayəndələrinin qeyri-rəsmi görüşü bu gün keçiriləcək. Görüşdə neft hasilatının məhdudlaşdırılmasına dair müzakirələrin aparılması planlaşdırılır. OPEC-in baş katibi Məhəmməd Barkindo qeyri-rəsmi formatda keçiriləcək görüşə Azərbaycan tərəfini də dəvət etmişdi.