XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 October 2016 - 16:07

Neft Fondunun aktivləri35 milyardı ötüb

Bu il oktyabrın 1-nə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivləri cari ilin əvvəlinə (33 milyard 574,1 milyon ABŞ dolları) nisbətən 6,7 faiz artaraq 35 milyard 822,1 milyon ABŞ dollarına bərabər olub.

Bu barədə ARDNF-də keçirilən mətbuat konfransında fondun icraçı direktoru Şahmar Mövsümov məlumat verib.

O qeyd edib ki, bu vəsaitin valyuta ifadəsində 33 milyard 949,6 milyon ABŞ dolları investisiya portfelinin, 1 milyard 872,5 milyon ABŞ dolları isə manat hesabının payına düşür.