XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

13 Oktyabr 2016 - 09:52

Manat əksər xarici valyutalara qarşı bahalaşıb –MƏZƏNNƏ

Manat

 Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən  verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi oktyabrın 12-si ilə müqayisədə dəyişməyərək 1,5986 manat təşkil edib.

Avro isə manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 0,31% zəifləyərək 1,7609 manat olub.

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl oktyabrın 12-si ilə  müqayisədə 01,17% ucuzlaşaraq 0,0253 manat səviyyəsinə enib.

Türkiyə lirəsinin məzənnəsi isə 0,3% ucuzlaşaraq 0,5174 manat təşkil edib.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 1,9482 manatdır. Beləliklə, funt sterlinq 1%-lik ucuzlaşma nümayiş etdirib.

Gürcüstan larisinin məzənnəsi 0,42% ucuzlaşaraq 0,6774 manat təşkil edib  (APA)