"Azərbaycan milli valyutasının üzərində Heydər Əliyevin şəkli olmalıdı".
Bu təklifi millət vəkili Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında səsləndirib.
O qeyd edib ki, Türkiyədə də milli valyutanın üzərində Atatürkün şəkli var:
“ABŞ-ın milli valyutasında da var. Rusiyada bütün çarların adına pullar buraxılıb. Mən tərəfdarı deyiləm ki, kimsə onun imzasını maşının üzərinə vurub gəzdirsin. Amma milli valyutamızın üzərində olmalıdır”.
APA