XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

15 Avqust 2015 - 07:03

Ölkədə avtomobil almaq istəyənlər kəskin şəkildə azalıb

ölkəyə maşın idxalı 2 dəfə aşağı düşüb

Azərbaycanda avtomobilə sahiblənmək istəyənlərin sayı kəskin dərəcədə azalıb. ANS PRESS-in Dövlət Gömrük Komitəsinin statistik hesabatına istinadən verdiyi məlumata görə, 2015-ci il yanvar – iyul aylarında Azərbaycana 19476 avtonəqliyyat vasitəsi idxal olunub. ötən ilin eyni dövründə bu göstərici 38338 olub. 7 ay ərzində idxal edilən maşınların 17345 ədədi avtomobil və motorlu nəqliyyat vasitələrinin payına düşüb. 2014-cü ilin eyni dövründə bu göstərici 34 618 ədəd təşkil edib. Bundan başqa, hesabat dövründə ölkəyə 1275 yük avtomobili idxal edilib. Bu rəqəm 2014-cü ilin eyni dövründə 3263 ədəd olub.

İdxal olunan avtomobillərin qalan hissəsi digər nəqliyyat vasitələrinin payına düşüb.