XƏBƏR LENTİ

27 Noyabr 2020

Digər Xəbərlər

14 Oktyabr 2016 - 17:04

Bu investorlar dövlət rüsumundan azad edildi- Qanun dəyişdi

Azərbaycana vəsaitlərini "Tik-idarə et-təhvil ver" modelinə uyğun yatıran investorlar dövlət rüsumunu ödəməkdən azad ediliblər.

Trend-in məlumatına görə, "Dövlət rüsumu haqqında" qanuna müvafiq dəyişiklikləri bu gün Milli Məclisin plenar iclasında deputatlar qəbul ediblər.

İnvestisiya layihələrini "Tik-idarə et-təhvil ver" modelinə uyğun həyata keçirən investorlar "Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında" qanuna əsasən həyata keçirdikləri fəaliyyətlə bağlı dövlət rüsumlarını ödəməkdən azaddırlar.