XƏBƏR LENTİ

21 Sentyabr 2020

Digər Xəbərlər

14 Oktyabr 2016 - 20:17

“Galaxy Note 7″ni geri çağırmaqla “Samsung”3 milyard dollar itirir

Yeni smartfon "Galaxy Note 7" telefonlarının yanması səbəbindən onun istehsalını dayandırması növbəti iki rübdə Cənubi Koreya şirkəti olan "Samsung"un gəlirlərini 3 milyard dollara qədər azaldacaq.

BBC xəbər verir ki, şirkətin yaydığı son hesabata əsasən, bu ilin üçüncü rübündə şirkətə dəyən zərər iki milyard dollar həcmində olub.

"Galaxy Note 7" smartfonlarının batareya yüklənməsindən sonra alışması səbəindən məhsulları geri çağırdı və onları yenisi ilə əvəz etdikdə eyni hal yaşandığından telefonların istehsalını dayandırdı.

Bu ərəfədə "Samsung"un səhmləri təqribən 8 faiz aşağı düşdü. Avqustun 19-da təqdim edilən "Galaxy Note 7" smartfonları "Samsung"un sonuncu fablet (iri ekranlı smartfon) modelidir və Apple-nin yeni model telefonu olan iPhone 7-nə rəqabət aparmaq üçün nəzərdə tutulmuşdu.

Şirkət deyir ki, mobil biznesini normallaşdırmaq üçün digər əsas mobil telefon markaları olan "Galaxy S7" və S7 Edge satışını genişləndirə bilər.
"Əlavə olaraq şirkət məhsullarının keyfiyyətində böyük dəyişiklik edərək müştəriləri naminə məhsulların təhlükəsizliyinə daha çox diqqət ayıracaq", "Samsung"un yaydığı məlumatda deyilir.

Sentyabr ayında batareya yüklənməsi zamanı və ardınca telefonun alışması hallarının qeydə alınması səbəbindən 2.5 milyon Note 7 cihazlarını geri çağırmışdı.