XƏBƏR LENTİ

28 Sentyabr 2020
27 Sentyabr 2020

Digər Xəbərlər

17 Oktyabr 2016 - 11:27

978 vətəndaşa Azərbaycanı tərk etmək qadağan olunub –Nazirlik

vergi

Vergilər Nazirliyi vergi borcuna görə Azərbaycandan çıxması qadağan edilən şəxslərin siyahısına dəyişiklik edib.

Azərbaycan sərhədlərini tərk etməsi qadağan edilən hüquqi şəxslərin icra orqanlarının rəhbərlərinin sayı 1 nəfər artaraq 595-ə çatıb. Ölkədən çıxışı məhdudlaşdırılan fiziki şəxslərin sayı isə dəyişməyib və hazırda 383 fiziki şəxsin ölkədən çıxışına qadağa var.

Ümumilikdə, sözügedən səbəbdən Azərbaycandan çıxışına icazə verilməyən şəxslərin ümumi sayı 977-dən 978-ə çatıb.