XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 October 2016 - 12:50

Neft Fondunun direktoru:“Aktivlərin 34 milyard dollar səviyyəsində saxlanacağına ümid edirik”

sahmar

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2016-cı  ilin yekunları üzrə $34 mlrd.-a yaxın aktiv gözləyir.

Bunu Fondun icraçı direktoru Şahmar Mövsümov bildirib.

“Bu ilin yekunları üzrə gəlir və xərclərin təxminən eyni səviyyədə olacağını gözləyirik, çünku aktivlərin $34 mlrd. səviyyəsində saxlanacağına ümid edirik”, – Ş.Mövsümov vurğulayıb.

Qeyd edək ki, 2016-cı il yanvarın 1-də Fondun aktivləri $33 mlrd. 574,1 mln., 2016-cı il sentyabrın 30-u üçün isə $35 mlrd. 822,1 mln. təşkil edib.

“Gələn il üçün balanslaşdırılmış büdcə təklif olunub və əlbəttə, bu, neftin qiymətindən asılı olacaq. Ancaq biz yenə də aktivlərin təxminən $1 mlrd. artacağını gözləyirik”, – Ş.Mövsümov bildirib.